PSJ Mbappeyə əvəzləyici axtarır
04.02.2024 - 12:17
PSJ Mbappeyə əvəzləyici axtarır

PSJ Rafael Leaonu heyətə cəlb edə bilər.

Apasport.az xəbər verir ki, Klian Mbappe Paris təmsilçisini tərk edəcəyi təqdirdə onu məhz portuqaliyalı forvard əvəzləyəcək.

“Milan”ın 24 yaşlı hücumçusunun oyununu çox bəyənən Luis Enrike Mbappenin yerini bu şəkildə doldurmağı planlaşdırılır. Hazırda fransızlar bu transferin detallarını araşdırmaqla məşğuldurlar.

Xəbər verdiyimiz kimi, Avropa mətbuatında Kilian Mbappenin “Real” keçəcəyi iddiaları dərc olunur.

writer photo
Əlirza Əlirzalı
0