PSJ növbəti mövsümü Messisiz planlaşdırır – Təfərrüatlar
26.04.2023 - 23:51
PSJ növbəti mövsümü Messisiz planlaşdırır – Təfərrüatlar

PSJ növbəti mövsümü Lionel Messinin yoxluğu ilə planlaşdırır.

Apasport.az xəbər verir ki, hücumçu bir neçə həftə əvvəl ona göndərilən müqavilənin müddətinin uzadılması təklifinə cavab verməyib.

Futbolçunun atası Xorxe Messi dünya çempionu olduğu üçün Lionelin maaşının artırılmasını istəsə də, prezident Nasser Əl-Xelaifi bundan imtina edib. Klub Messi ilə əvvəlki şərtlərlə 1 illik yeni müqavilə bağlamaq istəyir.

PSJ Kilian Mbappeni yeganə əsas oyunçu hesab edir və onun ətrafında layihə qurmaq niyyətindədir. Lionel Messi ilə müqavilənin müddətinin uzadılmasında maraq var, lakin klub rəhbərliyi argentinalının gedişi ilə maaşların yükünün azalacağında müsbət cəhətləri görürlər.

writer photo
Əlirza Əlirzalı
0