PSJ Zinəddin Zidanla danışıqları yekunlaşdırdı
24.02.2023 - 13:24
PSJ Zinəddin Zidanla danışıqları yekunlaşdırdı

PSJ rəhbərliyi baş məşqçi Kristof Qaltyeni istefaya göndərəcəyi təqdirdə yeni variantları nəzərdən keçirir.

Apasport.az saytı xəbər verir ki, hazırda Paris klubunda bu vəzifəyə əsas namizədlərdən biri Zinəddin Zidandır. 

Son olaraq “Real”da işləmiş 50 yaşlı fransalı mütəxəssislə klub nümayəndələri arasında danışıqlar olduğu bildirilir. Zidanın təklifə nə cavab verdiyi açıqlanmır.

PSJ-də bu posta daha bir namizəd isə Argentina “River Pleyt”inin keçmiş baş məşqçisi Marselo Qalardodur. İddialara görə vaxtilə Paris təmsilçisinin şərəfini qorumuş 47 yaşlı mütəxəssisin də namizədliyi nəzərdən keçirilir.

Qeyd edək ki, PSJ 24 turdan sonra 57 xalla La Liqada turnir cədvəlinə başçılıq edir. Komanda Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşmasında isə “Bavariya”ya 0:1 hesabı ilə uduzub. 

writer photo
Əlirza Əlirzalı
0