Qadın futbolçu qol vurdu, formasını çıxardı
27.07.2023 - 16:32
Qadın futbolçu qol vurdu, formasını çıxardı

Avstraliya və Yeni Zelandiyada keçirilən qadınlar arasında dünya çempionatında gözlənilməz hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, Nigeriya millisinin futbolçusu Asisat Oşoala kişilərə xas şəkildə formasını çıxarıb.

O, komandasının Avstraliya ilə matçında fərqlənib. Asisat Nigeriyanın 3-cü qoluna imza atdıqdan sonra sevincini belə büruzə verib. Nigeriya yığması bu qarşılaşmada 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, ilk turda Kanada ilə qolsuz heç-heçə edən Afrika təmsilçisi qrup mərhələsinin son görüşündə İrlandiya ilə üz-üzə gələcək.

writer photo
Əlirza Əlirzalı
0