“Qalatasaray” İtaliya millisinin futbolçusunu gətirir
07.02.2023 - 11:01
“Qalatasaray” İtaliya millisinin futbolçusunu gətirir

“Qalatasaray” “Roma”nın futbolçusu Nikolo Zaniolonu transfer etməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubu İtaliya millisinin də şərəfini qoruyan 23 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidi müqabilində italiyalılara 22 milyon avro ödəyəcək.

“Cim-bom”la 2027-ci ilin yayına kimi müqavilə imzalayacağı gözlənilən gənc futbolçu illik 3,6 milyon avro əməkhaqqı alacaq.

Qeyd edək ki, “Roma”da baş məşqçi Joze Maurinyo ilə yola getməyən Nikolonu İngiltərə və İtaliyanın bir çox komandaları heyətdə görmək istəyir.

writer photo
Əlirza Əlirzalı
0