"Qalatasaray" "Mançester Siti"nin futbolçusunu istəyir
02.08.2024 - 21:35
"Qalatasaray" "Mançester Siti"nin futbolçusunu istəyir

"Qalatasaray"ın yarımmüdafiəçi axtarışları davam edir.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılar" "Mançester Siti"nin futbolçusu Kalvin Fillipsə elçi düşüb.

Ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Vest Hem"də keçirən 28 yaşlı futbolçu Quardiolanın növbəti sezon planlarında da yoxdur.

İngilis futbolçu "Roma", "Leypziq" və "Zaltsburq" klublarının da hədəfindədir.

Qeyd edək ki, Kalvin Fillips ötən mövsüm 20 rəsmi matçda meydana çıxıb və 1 qol vurub.

  

writer photo
Əlirza Əlirzalı
0