“Qalatasaray”dan Morata bombası
30.01.2025 - 20:10
“Qalatasaray”dan Morata bombası

Qış transfer çalışmalarını davam etdirən “Qalatasaray” Mauro İkardinin əvəzləyicisini tapıb.

Apasport.az xəbər verir ki, "cimbom" zədə səbəbindən mövsümü başa vuran İkardiyə alternativ olaraq Alvaro Moratanı heyətinə qatmağa yaxındır.

Türkiyə təmsilçisi hazırda oyunçu və klubu “Milan” ilə danışıqlar aparır.

Bu barədə Fabritsio Romano məlumat yayıb.

İtalyan insayderin sözlərinə görə, böyük ölçüdə həll olmuş transferin açıqlanması an məsələsidir. 

Bildirilib ki, forvard 10 milyon avroluq məcburi satınalma variantı ilə mövsümün sonuna kimi icarəyə götürüləcək.

Futbolçunun yaxın 2 gün ərzində tibbi yoxlanışdan keçmək üçün İstanbula gələcəyi gözlənilir.

Xatırladaq ki, İspaniya millisinin üzvü mövsümün əvvəlində "Milan"a 13 milyon avro qarşılığında “Atletiko Madrid”dən transfer olunmuşdu. 

Qeyd edək ki, 32 yaşlı forvard bu mövsüm İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 6 qol, 2 assistlə yadda alıb.

writer photo
Əlirza Əlirzalı
0