Çempionlar Liqası III təsnifat mərhələsinə start verilib.
Apasport.az-ın məlumatına görə, “Qalatasaray” ilk oyunda Sloveniya çempionuna qalib gəlib.
Lyublyanada keçirilən qarşılaşmada “sarı-qırmızılar” 3:0 hesabı ilə qələbə qazanıblar. Komandanın qollarını Kərəm, Mertens və Halil vurulub. Bu qələbə cavab matşı ərəfəsində “Qalatasaray”a böyük üstünlük qazandırıb.
“Qarabağ”ı mübarizədən kənarlaşdıran “Rakuv” ilk oyununu evdə keçirib. Polşa çempionu “Aris”dən üstün olub. 2:1 hesabı ilə uğur qazanan David Şvarqanın yetirmələri cavab matçında bu üstünlüyü qorumağa çalışacaqlar.
Qeyd edək ki, bu gün mərhələnun daha 3 ilk oyunu baş tutacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
8 avqust
“Rakuv” (Polşa) – “Aris” (Kipr) – 2:1
“Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) – 0:3
“Kopenhagen” (Danimarka) – “Sparta” (Çexiya) – 0:0
“Klaskvik” (Farer adaları) – “Molde” (Norveç) – 2:1
PSV (Hollandiya) – “Şturm” (Avstriya) – 4:1
“Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya) – 3:0