“Qalatasaray”ın müdafiəçisi Rusiya nəhənglərinin maraq dairəsində
13.12.2023 - 21:45
Rusiya klubları Türkiyə millisinin və "Qalatasaray"ın müdafiəçisi Abdulkerim Bardakçı ilə maraqlanır.
Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Zenit”, ÇSKA və “Lokomotiv” türkiyəli üçün hərəkətə keçib. Futbolçunun qış “transfer pəncərəsi” zamanı Rusiyaya yollanacağı gözlənilir.
Qeyd edək ki, Bardakçı 2022-ci ilin yayından “Qalatasaray”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm 29 yaşlı müdafiəçi Türkiyə çempionatı və Çempionlar Liqasında 25 oyun keçirib və 2 qol, 4 sarı vərəqə ilə yadda qalıb.
0
0