"Qarabağ"ın rəqibindən qələbə - VİDEO
05.02.2024 - 09:56
"Qarabağ"ın rəqibindən qələbə - VİDEO

Portuqaliya çempionatının 20-ci turunda "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Braqa" evdə "Moreyrense" ilə qarşılaşıb. 

Apasport.az xəbər verir ki, ev sahibi komanda minimal hesabla qonaqları məğlub edib. Qarşılaşmanın tək qolunu 8-ci dəqiqədə Abel Ruiz vurub. 

Bu göstərici ilə xal ehtiyatını 40-a çatdıran "Braqa" 4-cü pillədə möhkəmlənib. 

Xatırladaq ki, “Qarabağ”ın video-analitik məşqçisi Yanuş Vasilyev qarşılaşmanı tribunadan izləyib.

Qeyd edək ki, Ağdam klubu fevralın 15-də səfərdə, 22-də isə evdə "Braqa" ilə qarşılaşacaq. 

 

writer photo
Əlirza Əlirzalı
0