“Qarabağ”ın rəqibindən unikal göstərici
04.03.2024 - 10:18
“Qarabağ”ın rəqibindən unikal göstərici

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində rəqibi olan Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso Bundesliqada unikal göstəriciyə imza atıb.

Apasport.az xəbər verir ki, Almaniya klubu ispaniyalının rəhbərliyi altında keçirdiyi ilk 50 görüşün 33-də qələbə qazanıb.

Xabi Bundesliqa tarixində ilk 50 matçda ən çox qələbə qazanan üçüncü mütəxəssis olub. O, yalnız “Bavariya”nın sabiq baş məşqçiləri Hans-Diter Flik və Pep Qvardioladan geri qalır. 

Qeyd edək ki, hazırda 64 xalla Bundesliqa lideri "Bayer" növbəti oyununu martın 7-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0