Rakitiç "Sevilya"dan ayrıldı - Rəsmi
30.01.2024 - 15:57
İvan Rakitiç "Sevilya"dan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl də iddial olundğu kimi, 35 yaşlı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Məşhur agent Fabrizio Romanonun sosial şəbəkədə verdiyi məlumata görə, futbolçu "Əl-Şəbab"a keçməzdən əvvəl artıq tibbi müayinədən uğurla keçib.
Qeyd edək ki, xorvatiyalı 2020-ci ildən "Sevilya"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 27 oyunda iştirak edib. 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0