“Real” futbolçusunu “Latsio”ya satdı
13.07.2022 - 22:19
“Real” futbolçusunu “Latsio”ya satdı

“Real”ın mərkəz müdafiəçisi Mario Xila “Latsio”ya keçib.

Apasport.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.

İtaliya təmsilçisi 22 yaşlı futbolçu üçün “kral klubu”na 6 milyon avro ödəyib. Xila isə yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mario Xila ötən mövsüm La Liqada “Real”ın heyətində 2 oyunda iştirak edib, ümumilikdə 23 dəqiqə meydanda olub.
 

writer photo
Əlirza Əlirzalı
0