“Real”dan “Atletiko”ya
20.09.2022 - 00:57
“Real”dan “Atletiko”ya

“Real”ın futbolçusu Mariano Dias klubunu dəyişəcək.

Apasport.az saytının məlumatına görə, hücumçu “Atletiko”ya keçəcək.

29 yaşlı forvard 2011-ci ildən “Real”ın düşərgəsindədir. O, əsas komandada 74 oyunda 12 qol vurub.

Qeyd edək ki, Marianonun “Real”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0