"Real"ın müdafiəçisi 1 aylıq sıradan çıxdı
31.03.2023 - 20:14
Madrid "Real"ının müdafiəçisi Ferlan Mendi zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Apasport.az xəbər verir ki, 27 yaşlı fransalıya ayaq əzələsinin zədələnməsi diaqnozu qoyulub.
Mendi buna görə də liqada "Valyadolid", "Vilyareal", "Kadis", "Selta", "Jirona" və "Almeria" ilə matçları buraxacaq.
O, Kral Kubokunun "Barselona" ilə cavab oyununda və Çempionlar Liqasında "Çelsi" ilə 2 matçda da oynaya bilməyəcək.
0
0