“Arsenal”ın yaponu üçün il başa çatdı
06.12.2023 - 23:05
“Arsenal”ın müdafiəçisi Takehiro Tomiyasu zədələnib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta açıqlamasında bildirib. 25 yaşlı futbolçu ötən həftə “Vulverhempton”la matçda sıradan çıxıb.
Yaponiyalı futbolçu artıq tibbi müayinədən keçib. Məlum olub ki, o, bu il meydana çıxa bilməyəcək. Tomiyasu 4-6 həftə oynamayacaq.
Tomiyasu cari mövsümdə meydana çıxdığı 19 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0