“Real”ın müdafiəçisi ingilislərin hədəfində
13.06.2022 - 00:24
“Real”ın müdafiəçisi ingilislərin hədəfində

“Real”ın futbolçusu Ferlan Mendi İngiltərə klublarının maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”lə “Çelsi” müdafiəçini ələ keçirməyə qərar verib.

Hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Mendi də klubdan ayrılmağa razıdır. 27 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Ferlan ötən mövsümün 35 matçında 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0