Renat oynamadı, "Hatayspor" turu darmadağınla keçdi
16.01.2024 - 23:24
Renat oynamadı, "Hatayspor" turu darmadağınla keçdi

Futbol üzrə Türkiyə Kubokunda 5-ci turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında I Liqa təmsilçisi "Sakaryaspor"u qəbul edib.

5:1 hesablı qələbə qazanan Super Liqa təmsilçisi növbəti mərhələyə yüksəlib.

Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvünün adı matçın iştirak ərizəsinə daxil edilməyib.

writer photo
Əlirza Əlirzalı
0