İtaliya millisinin sabiq futbolçusu Ancelo Di Livio maraqlı iddia ilə çıxış edib.
Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun “Roma”ya keçəcəyini bildirib.
“Roma”nın sabiq üzvü bu xəbəri bir neçə mənbədən təsdiqlətdiyini söyləyib. Di Livionun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar davam edir. Paytaxt təmsilçisi portuqaliyalı superulduzun transferini iyulun 7-də açıqlamağı planlaşdırır.
Qeyd edək ki, “Mançester Yunayted”lə müqaviləsi gələn ilin yayına qədər olan Kriştiano Ronaldonun komandadan ayrılmaq istədiyi barədə bir neçə dəfə yazılıb.