Ronaldo 500 milyonu keçdi
21.11.2022 - 11:49
Ronaldo 500 milyonu keçdi

Kriştiano Ronaldo unikal göstəriciyə imza atıb.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in və Portuqaliya milisinin futbolçusu bunu instaqramda abunəçi sayında gerçəkləşdirib.

Ulduz hücumçu 500 milyonu arxada qoyub. O, yarım milyardı keçən yeganə səhifənin sahibidir.

Qeyd edək ki, Ronaldo ötən ilin əvvəllərində də 500 milyonu arxada qoysa da, sonradan izləyici sayında azalma müşahidə olunub. Amma portuqaliyalı həmin göstəriciyə yenidən yüksəlməyi bacarıb.

writer photo
Əlirza Əlirzalı
0