Ronaldo da UEFA tərəfindən mükafatlandırılacaq
27.08.2024 - 16:32
Ronaldo da UEFA tərəfindən mükafatlandırılacaq

UEFA Kristiano Ronaldoya özəl mükafat verəcək.

Apasport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasında bütün zamanların ən çox qol vuran futbolçusu olduğuna görə qurumun prezidenti Aleksander Çeferin tərəfindən mükafatlandırılıb.

Çeferin 29 avqust tarixində keçiriləcək yeni formatlı püşkatmadan əvvəl Ronaldonu dünyanın ən prestijli idman yarışındakı möhtəşəm irsinə görə mükafatlandıracaq. 

Kristiano ÇL-də 183 oyuna 140 qol vurub. O, qitənin ən nüfüzlü turnirində 5 dəfə də çempion olmağı bacarıb.

Qeyd edək ki, İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon UEFA prezidenti mükafatına layiq görülüb.

writer photo
Əlirza Əlirzalı
0