Ronaldo karyerasının 750-ci qolunu vurdu
12.03.2024 - 09:59
Ronaldo karyerasının 750-ci qolunu vurdu

Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldo klub karyerasında 750-ci qolunu vurub.

Apasport.az xəbər verir ki, portuqaliyalı hücumçu yubiley qoluna Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisi “Əl-Əyn”lə görüşdə imza atıb.

Beləliklə, 39 yaşlı dünya ulduzu cari mövsüm “Əl-Nəsr”in heyətində 35-ci qolunu vurub. Ronaldo Portuqaliya millisi də daxil olmaqla, peşəkar karyerasında ümumilikdə 878 qolun müəllifi olub. 

writer photo
Əlirza Əlirzalı
0