Ronaldo müqaviləsinə xitam verilməsini istəyir - “Mançester Yunayted”dən
28.07.2022 - 11:17
Kriştiano Ronaldo “Mançester Yunayted”dən getməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu İngiltərə təmsilçisindən getmək istədiyi klub rəhbərliyinə çatdırıb.
O, mançesterliləri müqaviləyə xitam verilməsini istədiyi barədə məlumatlandırıb. Ronaldo özünə Çempionlar Liqasında oynayan klub tapmaq istəyir. Premyer Liqa təmsilçisi ulduzu buraxmaq fikrində deyil.
Qeyd edək ki, 2021-ci ildə “Mançester Yunayted”ə keçən Ronaldonun müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatacaq.
0
0