"Real"ın yeni hədəfi
23.11.2023 - 10:02
"Real"ın yeni hədəfi

"Real"ın danışıqlar apardığı daha bir məşqçinin adı bəlli olub.

Apasport.az xəbər verir ki, İspaniya klubu Roberto De Zerbi ilə danışıqlar aparır.

“Kral klubu” "Brayton"un baş məşqçisini Karlo Ançelottinin yerinə real namizəd kimi görür. İtaliyalının gələn yay Braziliya millisinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, ispan klubu "Bayer”in baş məşqçisi Xabi Alonsonun da xidmətində maraqlıdır. Lakin Ançelottinin müqaviləni uzatması da istisna deyil.

writer photo
Əlirza Əlirzalı
0