Ronaldo Premyer Liqa klubuna lazım deyil
23.11.2022 - 10:46
Ronaldo Premyer Liqa klubuna lazım deyil

“Nyukasl” “Mançester Yunayted”dən ayrılan Kriştiano Ronaldonun keçidində maraqlı deyil.

Apasport.az saytının məlumatına görə, bunu “sağsağanlar”ın baş məşqçisi Eddi Houi açıqlayıb.

O bildirib ki, yaşı çox olan oyunçu transfer etmək fikrindən uzaqdırlar: “Biz uzunmüddətli inkişafı təmin etməyə çalışırıq. Hazırda orta yaş həddindəyik və bunu aşağı salmalıyıq. Buna görə də yaşlı yox, gələcəyinə ümid bağladığımız oyunçular ala bilərik”. 
Qeyd edək ki, dünən “Mançester Yunayted” Kriştiano Ronaldo ilə müqavilənin pozulduğunu açıqlayıb. 37 yaşlı portuqaliyalının xidmətində ən çox maraqlı olan klub “Çelsi”dir.

writer photo
Əlirza Əlirzalı
0