Ronaldo tədbirə qılıncla gəldi
23.02.2023 - 17:28
Ronaldo tədbirə qılıncla gəldi

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanda bayram tədbirinə qatılıb. 

Apasport.az saytı xəbər verir ki, 38 yaşlı superulduz komandası “Əl-Nəsr”in təşkil etdiyi şənliklərə ərəb milli geyimində gəlib.

Portuqaliya millisinin kapitanının komanda yoldaşları Anderson Taliska və Luis Qustavo ilə qılınclı səhnəciklərdə yer alması tədbiri izləyənlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Əl-Nəsr” forması ilə 4 oyunda iştirak edən Ronaldo 5 qol və 2 assitlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0