XXI əsrdə ən çox oyun keçirən futbolçuların siyahısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlinə Kriştiano Ronaldo başçılıq edir.
Portuqaliyalı hücumçu böyük üstünlüyə malikdir. 1145 rəsmi matça çıxan 38 yaşlı forvard ən yaxın izləyicisini 112 oyun qabaqlayır.
Dani Alvesin ikinci olduğu siyahıda Lionel Messi üçüncü sıradadır. Yalnız bu üç futbolçu 1000-dən çox görüşə çıxıb.
1. Kriştiano Ronaldo (Portuqaliya) - 1145
2. Dani Alves (Braziliya) - 1033
3. Lionel Messi (Argentina) - 1003
4. İker Kasilyas (İspaniya) - 974
5. Joao Moutinyo (Portuqaliya) - 958
6. Zlatan İbrahimoviç (İsveç) - 948
7. Luka Modriç (Xorvatiya) - 947
8. Yasuhito Endo (Yaponiya) - 941
9. Xavi (İspaniya) - 937
10. Serxio Ramos (İspaniya) - 935