Sabiq baş məşqçi vəfat etdi
02.08.2024 - 12:02
Sabiq baş məşqçi vəfat etdi

“Lester”in sabiq baş məşqçisi Kreyq Şekspir vəfat edib.

Apasport.az xəbər verir ki, 60 yaşlı mütəxəssisin ölüm səbəbi açıqlanmayıb.

Şekspir 2017-ci ilin fevralından martına qədər “Lester”ə baş məşqçi təyin edilib. O, daha sonra 2023-cü ilin aprelindən iyununa qədər komandada məşqçi kimi çalışıb.

Mütəxəssis bundan başqa, “Aston Villa”, “Everton”, “Uotford” kimi klublarda işləyib.  

writer photo
Əlirza Əlirzalı
0