Salahla Anrinin rekordu təkrarlandı
23.10.2023 - 22:03
“Vest Hem”in futbolçusu Cerrod Boven İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb.
Apasport.az xəbər verir ki, ingiltərəli hücumçu Məhəmməd Salahla Tyerri Anrinin rekorduna şərik çıxıb.
O, ardıcıl çıxdığı 5 səfər oyununda fərqlənməyi bacarıb. Buna qədər bu rekord “Arsenal”ın keçmiş fransalı futbolçusu Anriylə “Liverpul”un misirli ulduzu Salaha məxsus idi.
Qeyd edək ki, 26 yaşlı oyunçunun aktivində bu mövsüm 6 qol və 1 məhsuldar ötürmə var.
0
0