Şimanski üçün rekord təklif: Dünyaca məşhur məşqçi onu istəyir
20.08.2024 - 11:43
Şimanski üçün rekord təklif: Dünyaca məşhur məşqçi onu istəyir

A Seriya klublarından "Napoli" Sebastian Şimanski üçün "Fənərbaxça"nın qapısını döyməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, İtaliya komandasının çalışdırıcısı Antonio Konte polşalı ulduzu komandasında görmək istəyir. 

Şimanski üçün daha əvvəl 25 milyon avro təklif edən "Napoli"nin məbləği artırmağa hazır olduğu bildirilib.

İtaliya komandası "Napoli" baş məşqçisi Kontenin komandasında görmək istədiyi Şimanski üçün təklifi 30 milyon avroya qədər yüksəldə bilər.

Ferdi Kadıoğlunun satışının gündəmdə olduğu bir zamanda Joze Mourinyonun Şimanskini itirmək istəmədiyi və transferə yaşıl işıq yandırmayacağı gözlənilir.

Şimanski bu mövsüm 6 matçda "Fənərbaxça" forması geyinib, bu matçlarda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0