Şkrinyara daha iki elçi
17.09.2022 - 10:39
Şkrinyara daha iki elçi

“İnter”in futbolçusu Milan Şkrinyara daha iki klub elçi düşüb.

Apasport.az saytının məlumatına görə, slovakiyalı müdafiəçi “Real” və “Tottenhem”in transfer siyahısında yer alıb.

Hər iki klub qış transfer pəncərəsində Milan üçün Milan klubuna təklif göndərməyi planlaşdırır. Slovakiyalını saxlamaq niyyətində olan “İnter” isə futbolçusunu komandanın ən yüksək ödənişlisinə çevirmək niyyətindədir.

Qeyd edək ki, Şkrinyar cari mövsüm 8 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0