“Qarabağ” “Real”ın prezidentini haqlı çıxardı
10.10.2022 - 17:12
“Qarabağ” “Real”ın prezidentini haqlı çıxardı

“Real”ın əfsanəvi futbolçusu Marselonun “Olimpiakos”un heyətində Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyundakı debütü İspaniya mətbuatının da diqqətindən yayınmayıb.

Apasport.az saytının məlumatına görə, yerli KİV oktyabrın 6-da Pireydə baş tutan qarşılaşmanın ikinci hissəsində meydana daxil olan Marselonun fiziki durumunun bərbad olmasını qabardıb.

Bildirilib ki, “kral klubu”nun prezidenti Florentino Peres yayda Marselo ilə yeni müqavilə imzalamamaq barədə qərar qəbul edəndə çoxları onu tənqid etdi: “Lakin “Qarabağ”la qarşılaşma Peresi haqlı çıxardı. Peres son kapitanlar İker Kasilyas, Serxio Ramos və Marselonu göndərəndə əlləri titrəməyib. Hadisələrin sonrakı axarı da onun nə dərəcədə düzgün qərar verdiyini göstərib”.

Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyununda Marselo meydana daxil olduqdan sonra Azərbaycan çempionu 3 qol vuraraq, böyükhesablı qələbə (3:0) qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0