Souzanın yerinə İnzagi
10.10.2023 - 20:47
Souzanın yerinə İnzagi

Filippo İnzagi “Salernitana”nın baş məşqçisi təyin olunub.

Apasport.az-ın məlumatına görə, o, bu vəzifədə Paulo Souzanı əvəz edib.

Mövsümə uğursuz start götürən “Salernitana” portuqaliyalı mütəxəssislə yollarını ayırmağa məcbur olub. Komanda 8 turdan sonra 3 xalla 19-cu pillədə qərarlaşıb. Yeni baş məşqçi İnzaginin son iş yeri 2022/23 mövsümündə “Recina” olub.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis “Breşiya”, “Benevento”, “Bolonya”, “Venetsiya” və “Milan” klublarında fəaliyyət göstərib.
 

writer photo
Əlirza Əlirzalı
0