Çempionlar Liqası vergisinə görə həbs
12.09.2023 - 21:24
Norveçli hakim Sveyn Oddvar Moen 4 aylıq həbs olunub.
Apasport.az-ın məlumatına görə, o, vergidən yayınmada günahlandırılıb.
2014-2020-ci illərdə Moen vergi qanunlarını pozub. Ədalət təmsilçisi təxminən 87 min avro vergi ödəməkdən yayınıb. Məhkəmə qarşısına çıxan Sveyn günahlarını etiraf edib. O, Çempionlar Liqasının 26 oyunu, həmçinin Misir və Səudiyyə Ərəbistanında hakimlik etdiyi matçların deklarasiyasını göstərməyi “unudub”.
Qeyd edək ki, Moen qərardan apelyasiya şikayəti verməyib.
0
0