Sulşerə Belçika variantı
07.04.2023 - 11:30
Sulşerə Belçika variantı

“Mançester Yunayted”in sabiq baş məşqçisi Ole-Qunnar Sulşer karyerasını Belçikada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, hazırda işsiz olan norveçli mütəxəssis “Brügge”nin “sükanı arxası”na keçməyə namizəddir.

50 yaşlı skandinaviyalı kim Belçika təmsilçisinin nəzərdən keçirdiyi üç çalışdırıcı sırasına düşüb. Bu vəzifəyə Ronni Deyla və Dino Topmöller də təyin oluna bilər.

Sulşer 2018-ci ilin dekabrında “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi təyin edilib. 2019-cu ilin martında bu vəzifəyə keçən Sulşer 2021-ci ilin noyabrında istefaya göndərilib.

Qeyd edək ki, hazırda “Brügge”ni Rik de Mil çalışdırır.

writer photo
Əlirza Əlirzalı
0