Sürpriz iddia: Rodriqoya qarşılıq Haalandı istədilər
07.08.2024 - 23:16
Sürpriz iddia: Rodriqoya qarşılıq Haalandı istədilər

"Mançester Siti" "Real Madrid"dən Rodriqo transferini tamamlamaq istəyindədir.

Apasport.az xəbər verir ki, İspaniya mətbuatında danışıqların gedişi ilə bağlı çox maraqlı iddia yayılıb.

Məlumata görə, "Mançester" Rodriqonun qarşılığında Madrid klubuna Xulian Alvarezi də təklif edib. "Kral klubu" isə Rodriqonu yalnız Erlinq Haalandla dəyişə biləcəklərini bildirib.

Qeyd edək ki, ispanlar Rodriqo üçün ən azı 120 milyon avro tələb edir.

writer photo
Əlirza Əlirzalı
0