Toni Kroos karyerasını bitirə bilər – ŞƏRT QOYDU
10.02.2023 - 15:43
Toni Kroos karyerasını bitirə bilər – ŞƏRT QOYDU

"Real"ın yarımmüdafiəçisi Toni Kroosa yeni 1 illik müqavilə təklif edib. 

Apasport.az saytı xəbər verir ki, razılaşması yayda başa çatacaq 33 yaşlı almaniyalı Madrid təmsilçinə cavab verməkdən boyun qaçırıb. 

Kross bu təklifi düşünmək üçün komandadan vaxt istəyib. Onun ilk tələbi isə əsas heyətdəki yeri ilə bağlı olub. 

Futbolçu “kral klubu”nda yerini itirəcəyi halda, karyerasını başa vuracaq. “Real” isə onu əsas heyət üzvü olmağa davam edəcəyinə inandırmağa çalışır.

Qeyd edək ki, Kroos 2014-cü ildən “Real”da oynayır. 

writer photo
Əlirza Əlirzalı
0