“Tottenhem” iranlı futbolçu istəyir
05.08.2023 - 13:39
“Tottenhem” iranlı futbolçu istəyir

“Tottenhem” Portuqaliyadan futbolçu alır.

Apasport.az saytı xəbər verir ki, “Porto”nun hücumçusu Mehdi Taremi londonluların radarına düşüb.

31 yaşlı forvardın oyununu bəyənən ingilislər qarşı tərəflə danışıqlara başlayıb. Premyer Liqa klubu iranlı futbolçu üçün 24 milyon avro təklif etməyə hazırdır, “Porto” isə bu məbləğin daha 6 milyon avro istəyir.

Qeyd edək ki, Taremi ötən mövsüm 33 matçda 22 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0