"Trabzonspor" - "Fənərbaxça" oyunu ilə bağlı TFF-dən açıqlama
18.03.2024 - 09:04
"Trabzonspor" - "Fənərbaxça" oyunu ilə bağlı TFF-dən açıqlama

Super Liqanın 30-cu həftə matçında "Trabzonspor" və "Fənərbaxça" (2:3) üz-üzə gəlib. Matçdan sonra azarkeşlər meydana daxil olub və meydançada gərginlik artıb.

Apasport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası baş verənlərlə bağlı açıqlama yayıb. 

Qurumdan verilən açıqlamada baş verənlərin qəbuledilməz olduğu vurğulanıb: "Trendyol Superliqasında "Trabzonspor"la "Fənərbaxça" arasında keçirilən oyun zamanı və sonrasında baş verən hadisələrlə bağlı nümayəndələrimiz və dövlət rəsmiləri ilə əlaqə saxlayırıq. İstintaqlar başa çatdıqdan sonra bu hadisələrin təkrarlanmaması üçün məsuliyyət daşıyanlara qarşı lazımi cinayət sanksiyaları tətbiq ediləcəyinə heç kimin şübhəsi olmasın”.

writer photo
Əlirza Əlirzalı
0