“Trabzonspor”un sabiq baş məşqçisi Bundesliqada
27.11.2023 - 10:22
“Trabzonspor”un sabiq baş məşqçisi Bundesliqada

Nenad Byelitsa karyerasını Bundesliqada davam etdirəcək.

Apasport.az xəbər verir ki, 52 yaşlı xorvatiyalı çalışdırıcı "Union"un yeni baş məşqçisi olub.

O, mövsümə "Trabzonspor"un çalışdırıcısı kimi başlayıb. Byelitsa oktyabrın 11-də uğursuz nəticələrdən sonra istefaya göndərilib. 

Qeyd edək ki, ötən mövsümdə liqanı 4-cü pillədə başa vuran və Çempionlar Liqasında mübarizə aparan Berlin təmsilçisi bu il 12 turda 2 qələbə qazanaraq 17-ci yerdə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0