Trubin “Benfika” və “İnter”un hədəfində
02.08.2023 - 21:34
Trubin “Benfika” və “İnter”un hədəfində

“Şaxtyor”un qapıçısına qitə klublarından təkliflər var.

Apasport.az saytı xəbər verir ki, Anatoli Trubin “İnter”ə keçə bilər.

22 yaşlı qapıçı “Benfika” və “İnter” variantlarını nəzərdən keçirir. Hər iki klub Trubinin potensialını yaxşı bilir və onun transferində maraqlıdır. Xüsusilə, italiyalılar komandanı tərk edən Andre Onanaya əvəzedici axtarırlar. Ukraynalı qapıçının qiyməti 20-25 milyon avro civarında olduğu bildirilir. 

Qeyd edək ki, Trubin 2022/23 mövsümündə “Şaxtyor”un heyətində 32 oyun keçirib. Onun komanda ilə bir illik müqaviləsi var.   
 

writer photo
Əlirza Əlirzalı
0