Türkiyə klubları israilli futbolçulara görə cərimələndi
26.01.2024 - 12:22
Türkiyə klubları israilli futbolçulara görə cərimələndi

"Antalyaspor" və "Başakşehir" israilli futbolçularının davranışlarına görə cəzalandırılıb.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının nizam-intizam komitəsi qərar çıxarıb.

Federasiyadan verilən açıqlamaya görə, “Antalyaspor” və “Başakşehir” klubları “ideoloji təbliğat”a görə hər biri 97 min 500 lirə məbləğində cərimələnib.

Saqiv Yehezkel və Eden Karzevin İsrail-Fələstin münaqişəsində öz ölkələrini dəstəkləməsi buna səbəb olub. 

Qeyd edək ki, hər iki futbolçu İsrailə qayıdıb.

writer photo
Əlirza Əlirzalı
0