Türkiyə Kubokunun final oyununun keçiriləcəyi stadion müəyyənləşdi
13.05.2024 - 16:02
Türkiyə Kubokunun final oyununun keçiriləcəyi stadion müəyyənləşdi

Türkiyə kubokunun final oyununun keçiriləcəyi stadion bəlli olub. 

Apasport.az xəbər verir ki, ölkə kubokunun finalında "Beşiktaş" - "Trabzonspor" matçı Atatürk Olimpiya Stadionunda baş tutacaq. 

23 may tarixində keçiriləcək qarşılaşmaya xarici VAR hakimi təyin ediləcək. 

Bu matçla yanaşı, Türkiyə futbolunda birliyin yenidən bərpa olacağını söyləyən Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi həmçinin oyun günü oturacaqlarda 50 min türk bayrağının yerləşdiriləcəyini vurğulayıb. 

writer photo
Əlirza Əlirzalı
0