Türkiyə millisinin üzvü klubunu dəyişib
28.08.2024 - 21:17
Türkiyə millisinin üzvü klubunu dəyişib

Türkiyə millisinin üzvü komandasını dəyişib.

Apasport.az xəbər verir ki, Salih Özcan "Borussiya Dotmund"dan icarə əsasında "Volfsburq"a keçib.

26 yaşlı futbolçu mövsümün sonuna qədər yeni komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki,  "Borussiya Dotmund"la hələ 2 illik müqaviləsi qalan Salih Özcan kluba 2022-2023 mövsümündə "Köln"dən gəlmişdi.

writer photo
Əlirza Əlirzalı
0