Türkiyədə futbolçunun maşını qaçırdılar - SƏBƏB
03.01.2023 - 15:15
Türkiyədə futbolçunun maşını qaçırdılar - SƏBƏB

Seneqallı futbolçu Mbaye Diaqnenin başına iş gəlib.

Apasport.az saytı xəbər verir ki, mövsümün əvvəlində “Qalatasaray”dan ayrılıb “Fatih Karagümrük” klubuna keçən seneqallı futbolçunun avtomobili qaçırılıb.

İstanbulda əyləncə məkanına gedən futbolçu çıxışda şəxsi sürücüsünün xəyanətinə məruz qalıb. İddiaya görə, uzun müddət Diaqnenin əyləncə məkanından çıxmasını gözləyən sürücü “əsəbləşərək” oradan uzaqlaşıb. 

Avtomobilinin qaçırıldığını görən futbolçu isə çörək sexinə sığınmaq məcburiyyətində qalıb. Polislərin yardımıyla evinə gedən futbolçunun avtomobilinin İstanbulun Ümraniyə rayonunda olduğu müəyyən edilib. Diaqne sürücüdən şikayətçi olacağını bildirib.
 

writer photo
Əlirza Əlirzalı
0