Türkiyədə skandal: Komanda yoldaşını vurdu, qırmızı aldı - video
25.01.2025 - 19:23
Türkiyədə skandal: Komanda yoldaşını vurdu, qırmızı aldı - video

Türkiyə Super Liqasının XXI turunda skandal yaşanıb.

Apasport.az xəbər verir ki, “Sivasspor” – “Kayserispor” matçında qonaqların futbolçuları arasında münaqişə yaşanıb.

Mikel Kardozo öz komanda yoldaşı Stefan Bahokenə fiziki müdaxilə edib. Nəticədə Kardozo qırmızı vərəqə alıb.

Qeyd edək ki, görüş “Sivasspor”un 5:2 hesablı qələbəsi ilə nəticələnib.