Tuxel “Bavariya”da?
20.09.2022 - 00:00
Tuxel “Bavariya”da?

“Çelsi”nin sabiq baş məşqçisi Tomas Tuxel karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, alman mütəxəssis “Bavariya”nın baş məşqçisi postuna namizəddir.

Münhen təmsilçisi ardıcıl uğursuzluqlardan sonra bu vəzifədə dəyişiklik etməyi düşünür. Yulian Naqelsmannın laxlayan kreslosuna əsas namizəd isə Tuxeldir.

Qeyd edək ki, almaniyalı mütəxəssis Çempionlar Liqasının I turunun “Dinamo” ilə Zaqrebdəki oyununda alınan məğlubiyyətdən (0:1) sonra “Çelsi”dən göndərilib.
 

writer photo
Əlirza Əlirzalı
0