"Bavariya"nın baş məşqçisi Tomas Tuxel komandanın qapıçısı Manuel Noyerin durumuna aydınlıq gətirib.
Apasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis qolkiperin zədəli olmadığını deyib.
Tuxel bildirib ki, 37 yaşlı futbolçunu qorumaq üçün meydana buraxmır: “Manuel əslində zədəli deyil, daha çox diskomfort bir durumla üz-üzədir. O, baldır əzələlərində yaranan və yox olan ağrılardan əziyyət çəkir. Biz ona zədədən qorumaq üçün istirahət vermişik. Noyerin ən qısa zamanda komandaya qoşulacağına inanıram”.
Qeyd edək ki, 2011-ci ildən Münhen klubunun şərəfini qoruyan veteran qapıçı klub karyerasında 747 rəsmi matça çıxıb.