UEFA-dan PSJ ilə bağlı araşdırma
19.09.2023 - 11:19
UEFA-dan PSJ ilə bağlı araşdırma

UEFA Qətərlə əlaqəli PSJ-nin transferlərini yoxlamağı planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, qurumun maliyyə ekspertləri bu keçidləri araşdıracaq.

Onlar bu əməliyyatların razılaşdırılan və şişirdilən məbləğlərin olma ehtimalından şübhələnirlər. Fransa klubunun Qətər şirkətinə aid olması və komandanın maliyyə feyr-pley qaydalarından yayınmaq üçün bu tip üsullardan istifadə etmə ehtimalı bu şübhələri daha da gücləndirir.  

Qeyd edək ki, yay transfer pəncərəsində Liqa 1 təmsilçisinin futbolçularından Yulian Draksler “Əl-Əhli”yə, Abdu Diallo və Marko Verratti isə “Əl-Ərəbi”yə keçib.
 

writer photo
Əlirza Əlirzalı
0