Vinisius karyerası üçün vacib qərar verdi
08.04.2024 - 13:58
Vinisius karyerası üçün vacib qərar verdi

"Real Madrid"in hücumçusu Vinisius Junior karyerası üçün vacib qərar verib.

Apasport.az xəbər verir ki, Vinisius digər komandalardan gələn təkliflərə qulaq asmaq fikrində deyil. Braziliyalı “Real Madrid”də xoşbəxtdir, Kilian Mbappenin yayda “kral” klubuna gəlməsinə baxmayaraq, o, İspaniya nəhəngindən ayrılmaq niyyətində deyil. Həmçinin "Real Madrid" də Vinisiusu klubun siması hesab edir. 

Xatırladaq ki, Vinisius 3 top klubun - PSJ, “Çelsi” və “Liverpul”un marağında olduğu bildirilirdi. 

Qeyd edək ki, hücumçu bu mövsüm İspaniya çempionatında 20 matçda 12 qol vurub, 4 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0